news Image
2012.04.29
21:20
| A A A
Dedi-qodu sağlamlıq üçün faydalıdır
“Psixoloqlar belə qənaətə gəliblər”.

Movqe.Az xəbər verir ki, dedi-qodunu bölüşmək sağlamlıq üçün faydalıdır. Psixoloqlar belə qənaətə gəliblər. Ekspertlər hesablayıblar ki, qadınların 85 faizi kiminsə həyatı haqqında təfərrüatları dinləməkdən həzz alır, hər on nəfərdən biri isə sirr saxlamaqda çətinlik çəkir.

Həm də son dedi-qodunun müzakirəsi sosiumla birlik hissini və rahatlıq hissiyatını artırır. Doktor Kolin Gillin sözlərinə görə, qeybət serotonin kimi hormonların ifrazını aktivləşdirir, stress və həyəcanın dərəcəsini aşağı salır. İnsan qeybət edərkən başqalarının nə deyəcəyi onun üçün maraqlıdır. Əlaqələrin bu formada qurulması insanı daha da xoşbəxt edir.

Biz özümüzü ətrafdakılarla müqayisə edəndə də analoji effekt yaranır. Üstəgəl, adamlar qeybət edərkən çox vaxt gülürlər ki, bu da sağlamlığa müsbət təsir edir. Harvard Universitetinin alimləri təsdiqləyirlər ki, təkamül baxımından qeybət başqa adamların hərəkətləri, xarakterləri barədə faydalı məlumat toplamağa kömək edir.

Bu bizə etibarsız adamlardan qorunmağa, böyük qruplarda yaşamağa, konkret qruplar üçün hansı davranışın adekvat olduğunu anlamağa imkan verir. Qeyd etmək lazımdır ki, meymunlar arasında analoji rolu bir-birlərinin parazitlərini axtarıb tapmaq ritualı oynayır.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs