news Image
2012.04.29
21:31
| A A A
Düyü qadın sağlamlığına xeyirdir
Movqe.Az xəbər verir ki, son dövrlərdəaparılan yeni araşdırmalar qadınlar arasında müxtəlif pəhrizlərin saxlanmasının dəbdə olmasının ürək xəstəlikləri və xəəngin bəzi növlərinə səbəb olan xroniki xəstəliklərə gətirib çıxardığını göstərir.

Tədqiqatçılar karbohidratların azlıq təşkil etdiyi pəhrizlərin qadınların orqanizmində fol turşusunun azalmasının başlıca səbəbi olduğunu müəyyən ediblər. Belə qadınlar oqranizmdəki dəmir qıtlığı nəticəsində yaranan anemiyaya da meyilli olurlar. Bədəndə kifayət qədər dəmir olmadığından orqanizm qırmızı qan hüceyrələri üçün lazımi qədər hemoqlabin hazırlaya bilmir.

Anemiyanın ən geniş yayılmış bu növü ABŞ-dakı qadınların beşdə birini, hamilə qadınların isə yarısını əhatə edir, yorğunluq, gücsüzlük, tənəffüsdə çətinlik, baş ağrıları və diqqəti cəmləməkdə yaranan çətinlik kimi müxtəlif simptomların ortaya çıxmasına səbəb olur.

ABŞ-dakı "Rice Federation" adlanan qurumun apardığı araşdırma nəticəsində düyünün hər bir yaşda olan qadının sağlamlığında böyük önəm daşıyan fol turşusu və dəmir kimi qida maddələri ilə zəngin olduğu məlum olub.

Amerika Pəhriz Assosiasiyasının qadın sağlamlığı və reproduktiv qidalanma üzrə prezidenti, dietoloq Janna Blakenşipin sözlərinə görə, Birləşmiş Ştatlarda qadınların əksəriyyətində dəmir və fol turşusu sutkalıq tələbata hələ də uyğun gəlmir. Bu, qida maddələri onlar üçün son dərəcədə həlledici əhəmiyyətə malikdir.

"Düyü fol turşusu əldə etmək üçün əla üsuldur. Bir çox yeməklərdə düyü, yağsız ət və süd məhsulları, meyvə, qoz və tərəvəzdən istifadə olunması çox faydalıdır", - o deyib.

Qeyd edək ki, fol turşusu ürəyin infarkt xəstəliyi və beyin iflici də daxil olmaqla, ürək xəstəliklərində bir risk amili olduğu hesab edilən qanda homosisteinin azalmasına da yardım edir.

Amerika Kardiologiya Assosiasiyasının açıqladığı məlumata görə, fol turşusu beynə qan sızması nəticəsində baş verən ölüm hallarının azalmasına da kömək edir. Daha yaxın vaxtlarda aparılan tədqiqatlar isə fol turşusunun Altsheymer xəstəliyi və yumurtalıqların xəəngi də daxil olmaqla, xəəngin bir çox növlərinin qarşısını aldığını göstərir.

Türkan Nadirqızı

Movqe.Az

 

   

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs