news Image
2018.05.16
15:37
| A A A
14 yaşlı məktəblini avtomobil vurdu

Sabirabadda 14 yaşlı məktəblinin avtomobil vurub.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elman Rəşad oğlunu məktəbin qarşısında "Prado" markalı avtomobil vurub. Ağır kəllə-beyin travması və bud sümüyünün açıq sınığı xəsarəti alan məktəbli Sabirabad Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.