Əlaqə Arxiv
news Image
2018.05.17
14:09
| A A A
İki abituriyentin intiharına reaksiya - “Bu, bizə aid problem deyil”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 13-də II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanından sonra Sumqayıtda 2 abituriyentin intihar etməsinə münasibət bildirib.

Movqe.az xəbər verir ki, M. Abbaszadə deyib ki, intiharlar qəbul imtahanlarının nəticələri açıqlanmazdan əvvəl baş verib.

O qeyd edib ki, bu məsələ valideynlərdən asılıdır: "Valideynlər övladlarının ali təhsil almasını istəyirlər. Onlar bunu övladlarının xoşbəxtliyi üçün edirlər. Kitab oxumağa meyli olmayan uşağın hansısa sahədə yaxşı əl qabiliyyəti ola bilər. Yeniyetmələrin fikrini öyrənmək, onlarla dialoqda olmaq lazımdır. Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini övladlarından tələb etməsi düz deyil. Abituriyentlərin intihar etməsi Dövlət İmtahan Mərkəzinə aid olan problem deyil. Bizim müxtəlif maarifləndirici çarxlarımız var. Həmin çarxlarda abituriyentlərin imtahana hazırlaşmaları barədə ətraflı məlumatlar verilib".

Sizin Reklam Yeriniz