Əlaqə Arxiv
news Image
2018.05.17
14:17
| A A A
DİM sədri: "Bu il universitetlərə müsabiqədənkənar qəbul hazırkı qanunvericilik əsasında aparılacaq"

"Bu il ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul prosesi hazırkı qanunvericiliyə uyğun olaraq aparılacaq".
Movqe.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, gələcəkdə abituriyentlərin universitetlərə müsabiqədənkənar qəbul olması ilə qanunvericilikdə müəyyən dəyişikliklərin olması nəzərdə tutulur: "Təhsil Nazirliyinin bununla bağlı hazırladığı təkliflərə biz də müsbət rəyimizi vermişik. Bu sahədə olan statistikanı araşdırarkən müşahidə etdik ki, respublikada keçirilən fənn olimpiadalarının qalibləri qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Bunu nəzərə alaraq qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə müsbət yanaşırıq".
Qeyd edək ki, Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb. Təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. 

Sizin Reklam Yeriniz