Əlaqə Arxiv
news Image
2018.05.18
10:44
| A A A
Bölgələrdəki hava limanlarına bu ölkələrdən birbaşa aviareyslər həyata keçiriləcək-EKSKLÜZİV
AZAL rəsmisi: " AZAL Dubay-Qəbələ-Dubay marşrutu üzrə və Şarja-Qəbələ-Şarja marşrutu üzrə reyslər yerinə yetirəcək”

"Bölgələrdəki hava limanları turizmi inkişaf etdirmək məqsədi ilə beynalxalq uçuşlar üçün inşa edilibdir. Bu hava limanlarına xarici şirkətlərin cəlb edilməsi üçün hazırda işlər görülür". Bu sözləri Movqe.az-ın sorğusuna cavabında Azərbaycan Hava Yolları" QSC-nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. “Hal-hazırda Gəncə, Naxcıvan, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarına beynəlxalq uçuşlar həyata keçirilir. Gəncə Beynəlxalq Hava Limanına AZAL (Moskva (Vnukovo)- Gəncə -Мoskva, eyni zamanda Sankt-Peterburq- Gəncə - Sankt-Peterburq marşrutu üzrə), “TURKISH AIRLINES” (Naxçıvan - Gəncə - İstanbul marşrutu üzrə) və “URAL AIRLINES” (Moskva (Domodedovo)- Gəncə - Мoskva marşrutu üzrə) uçuşlar həyata keçirir. Naxçıvan Beynəlxalq Hava Limanına “TURKISH AIRLINES” (İstanbul – Naxçıvan - Gəncə marşrutu üzrə) və “UTAİR” (Moskva (Vnukovo) - Naxçıvan - Мoskva marşrutu üzrə) aviaşirkəti reyslər yerinə yetirir. Lənkəran Beynəlxalq Hava Limanına “URAL AIRLINES” (Moskva (Domodedovo) - Lənkəran - Мoskva marşrutu üzrə) aviaşirkəti uçuşlar həyata keçirir. Bu ilin iyun ayının 8-dən etibarən isə AZAL bu hava limanına Moskva (Vnukovo)- Lənkəran - Мoskva marşrutu üzrə uçuşlar yerinə yetirəcək. Qəbələ Beynəlxalq Hava Limanına isə 4 iyun 2018-ci il tarixindən etibarən AZAL (Moskva (Vnukovo) - Qəbələ - Мoskva marşrutu üzrə), 14 iyun 2018-ci il tarixindən etibarən “FLY DUBAI” (Dubay-Qəbələ-Dubay marşrutu üzrə) və 27 iyun 2018-ci il tarixindən etibarən isə “AIR ARABIA” (Şarja-Qəbələ-Şarja marşrutu üzrə) aviaşirkətləri reyslər yerinə yetirəcək”.
Paşa Kəsəmənski deyir ki, hal-hazırda Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə uçuşlar yerinə yetirilmir. Ancaq Lənkəran Beynəlxalq Hava Limanından beynəlxalq uçuşlar həyata keçirilir: ““URAL AIRLINES” aviaşirkəti isə Moskva (Domodedovo) - Lənkəran - Мoskva marşrutu üzrə Lənkəran Beynəlxalq Hava Limanına uçuşlar yerinə yetirir. “Azərbaycan Hava Yolları” isə Moskva (Vnukovo)- Lənkəran - Мoskva marşrutu üzrə isə yuxarıda da qeyd olunduğu kimi 8 iyun 2018-ci il tarixindən etibarən bu hava limanına uçuşlar yerinə yetirəcək. Qeyd edim ki, bölgələrdəki hava limanları turizmi inkişaf etdirmək məqsədi ilə beynalxalq uçuşlar üçün inşa edilmişdir və bu hava limanlarına xarici şirkətlərin cəlb edilməsi üçün işlər görülür”.

AZAL sözçüsü deyir ki, Azərbaycanda altı beynəlxalq hava limanı fəaliyyət göstərir: “Bunlar Heydər Əliyev Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanıdır”.

P. Kəsəmənski hal-hazırda hər hansı bir yeni aeroportun inşası barədə əlavə məlumatın mövcud olmadığını söylədi. Qiymətlərin turistlər üçün sərfəliliyinə gəlincə, P. Kəsəmənski Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən istiqamətlər üzrə həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri barədə” 2007-ci il 25 dekabr tarixli 24 nömrəli qərarı ilə sərnişin daşıma tarifləri Bakı- Gəncə/Gəncə-Bakı istiqaməti üzrə 56,0 manat, Bakı-Lənkəran/Lənkəran-Bakı istiqaməti üzrə 41,0 manat və Bakı-Zaqatala/ Zaqatala-Bakı istiqaməti üzrə 52,0 manat səviyyəsində təsdiq edilib. Bakı-Naxçıvan/Naxçıvan-Bakı istiqaməti üzrə sərnişin daşıma tarifi isə Azərbaycan Respublikası Tarif Şurasının 29 dekabr 2010-cu il tarixli qərarı ilə 70,0 manat səviyyəsində təsdiq edilib.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz