Əlaqə Arxiv
news Image
2018.05.18
12:10
| A A A
Azərbaycanda İİV-ə yoluxan xəstələrin sayı açıqlandı-Rəsmi

Ölkədə İİV-ə yoluxan xəstələrdən qeydiyyatda olanlarının rəsmi statistikası açıqlanıb. Movqe.az-ın məlumatına görə, son statistikaya görə, respublikada 5831 nəfər İİV-ə yoluxan xəstə qeydiyyatdadır. Bunlardan 4138 nəfəri kişi, 1693-ü qadındır. Bu barədə jurnalistlərə açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov məlumat verib. Onun sözlərinə görə, 1987-ci ildə Azərbaycanda ilk dəfə İİV virusu aşkar olunandan bu günə qədər QİÇS mərhələsində olan vətəndaşların sayı 2103 nəfərdir, onlardan 904 nəfəri vəfat edib. Qeydiyyatda olanlardan 42, 2 faizi narkotik istifadə etməklə, 45 faizi cinsi yolla, 2,6 faizi homoseksuallar vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi donor qanın köçürülməsi, 7,9 faizi isə yoluxma yolu ilə virusa yoluxub".

E. Muradov deyib ki, ana hamilə olan vaxtı müalicə alarsa bu virusun uşağa keçməsinin qarşısı alınır: "Bir ildə təxminə 40-50 nəfər HİV infeksiyalı ana hamilə qalır. HİV infeksiyalarına yoluxanların 2,6 faiz isə homoseksuallardan keçib. Azərbaycan İpək yolu üzərində yerləşdiyi üçün buradan narkotik trafiki keçir. Bir yol Cənubdan Şimala, ikinci yol Şərqdən Qəribə olan yoldur. Bu yollar olan inzibati ərazilərdə HİV-ə yoluxma daha çoxdur. Ən çox cənub zonası Lənkəran, Astara, Şirvan və rayon larına üstünlük təşkil edir. MDB ölkələri ilə müqayisədə Azərbaycanda HİV-ə yoluxma xeyli aşağıdır". 

E. Muradov ölkədə İİV xəstələrinin müalicəsinin pulsuz, dövlət hesabına aparıldığını qeyd edib. Onun sözlərinə görə, hətta ölkəyə gələn əcnəbilərdə də İİV virusu aşkarlandıqda, onlar öz ölkələrinə deportasiya edilmir: "Həmin əcnəbilər Azərbaycanda müalicə edilir. Xarici ölkələr isə İİV aşkarlanan əcnəbiləri dərhal öz ölkələrinə qaytarırlar. Bu mənada da Azərbaycan bnir çox ölkələrdən öndədir".

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz