news Image
2018.05.18
12:15
| A A A
Qadınlar arasında İİV-ə yoluxanların sayı artır-Təhlükə

"2018-ci ilin 4 ayı ərzində isə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 193 nəfər olub". Movqe.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov deyib. E. Muradov bildirib ki, onlardan 188 nəfəri Azərbaycan vətəndaşıdır, 5-i isə əcnəbidir: "Qeydiyyata alınmış 188 nəfərdən 123-ü kişi, 65 nəfəri isə qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan Respublikası vətəndaşlarının sayı 46 nəfər təşkil edir. Həmin müddətdə İİV infeksiyasından 16 nəfər ölüb". 

E. Muradov, qeyd edib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşları arasında 23 nəfər parental kontakt, 89 nəfər heterosexual kontakt, 10 nəfər homoseksual kontakt nəticəsində, 2 nəfər anadan uşağa ötürməklə, 64 nəfər yoluxma yolu ilə İİV-lə yoluxub, O, son illərdə cinsi yolla İİV-ə yoluxanların sayının artdığını bildirib. E. Muradovun sözlərinə görə, ümumiyyətlə son illərdə İİV-ə yoluxanlar arasında qadınların sayında artım qeydə alınıb. Kişilər öz ailələrində cinsi patnyorlarına bu xəstəliyi yoluxdurur. Əsasən 30-39 yaş arasında olan qadınlarda yoluxmalar daha çox müşahidə edilir. İİV-ə cinsi yolla yoluxmanı sürətləndirən amillərdən biri də cinsi partnyorların prezervativlərdən (qoruyuculardan) istifadə etməməsi, tək-tək hallarda istifadə etməsidir".

Zülfiyyə QULUYEVA 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs