news Image
2018.05.18
15:11
| A A A
Yeni Zelandiyalı mütəxəssis ADAU-də fəaliyyətini yekunlaşdırıb

 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində universitetdə çalışan Yeni Zelandiyalı mütəxəssis, doktor Brian Milestone fəaliyyətinə yekun vurub. O, universitetdə  fəaliyyət göstərdiyi 3 ay müddətində tələbələrin praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi, birgə müayinələrin və əməliyyatların aparılması, fermer təsərrüfatlarına səfərlər çərçivəsində səmərəli işlər görüldüyünü bildirib. Universitetdə yaradılmış şəraitə görə təşəkkürünü bildirən  Brian Milestone əməkdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Səmərəli fəaliyyətinə görə qonağa dərin minnətdarlığını bildirən baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, dosent Telman İsgəndərov universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun Təşəkkürnaməsini ona təqdim edib.

Əlihüseyn Şükürov

 




 




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs