news Image
2018.05.18
15:18
| A A A
Macarıstanın ölkəmizdəki səfiri ADAU-ya səfər edib

Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Sederkenyi Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)olub.Qonağı qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim CəfərovADAU ilə Macarıstanın müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrininmövcud vəziyyətindən və onun genişlənməsinin perspektiv istiqamətlərindən danışıb. Rektor qeyd edib ki, hazırda ADAU-nun iləMacarıstanın Kapoşvar Universiteti, Dunayvaroş Universiteti və Korvinus Universiteti  arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrözünü müəllim və tələbələrin qarşılıqlı mübadiləsində daha çox göstərir. Müəllimlərin mübadiləsinə misal olaraq müxtəlif vaxtlarda Macarıstanın Dunayvaroş Universitetinin əməkdaşlarınınADAU-ya səfər etmələri, mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirərək  muhazirə söyləmələrini göstərmək olar. Eyni zamanda, ADAU əməkdaşlarının Macarıstanın müvafiq ali təhsil müəssisələrinə  səfər etmələri, mühazirə söyləmələri ilə yanaşı, tələbələrin müəyyən müddət ərzində təhsil almalarının əhəmiyyətindən danışan rektor bildirib ki, 2016/2017 tədris ilinin ikinci semestrində ADAU-nun 3 tələbəsi Macarıstanın Dunayvaroş Universitetində Erasmus+ təqaüd proqramı çərçivəsində təhsil almışlar. Həmin tələbələrdən biri,Leyla Aydınova Dunayvaroş Universitetində “İlin ən yaxşı Erasmus tələbəsi” adına layiq görülmüşdür. 2017/2018 tədris birinci semestrində digər üç tələbə qeyd olunan universitetdə təhsillərini davam etdirmişlər.

Magistratura və doktorantura səviyyələrində də tələbələrin mübadiləsinin mövcudluğu universitetlərarası əlaqələrin bariz nümunələrindən biri kimi qeyd olunmuşdur. ADAU-nun doktorantı Raqif Hüseynov  Macarıstanın aparıcı Szent İstvan Universitetində təhsilini uğurla davam etdirməkdədir.

Bundan başqa, Macarıstan alimləri ADAU-da ənənəvi olaraq hər il keçirilən beynəlxalq konfranslarda da fəal iştirak edirlər.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Viktor Sederkenyi Macarıstanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edirilməsi üçün mövcud imkanlardan, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbələr üçün təklif olunan təqaüdlər barədə danışıb.

Sonra səfir cənab Viktor Sederkenyi baytarlıq təbabəti və zoomühəndislik fakültəsində regionda fəaliyyət göstərən fermerlərlə və Macarıstanda təhsillərini başa vurmuş ADAU tələbələri ilə görüşərək müzakirələr aparıb. Görüşdə iştirak edən Macarıstan Milli Ticarət Evinin nümayəndələri fermerlərin suallarını cavablandırıb.

Universitetin maddi-texniki bazası ilə də yaxından tanış olan səfir burada təhsil və elmi-tədqiqat, tələbə həyatı üçün yaradılmış şəraiti, bütövlükdə ölkəmizdə aqrar təhsilə dövlət dəstəyini çox yüksək qiymətləndirib.
Əlihüseyn Şükürov.