Əlaqə Arxiv
news Image
2018.05.18
16:16
| A A A
ADAU-nun Mühəndislik fakültəsinin müəllimləri və tələbələri Bərdə rayonunun təsərrüfatlarında olub

Aqrar sahədə yerinə yetirilən texnoloji proseslərin əyani olaraq müşahidə edilməsi, bu proseslərdə birbaşa iştirak aqrar təhsildə ən vacib məsələlərdən biridir. Bunu nəzərə alaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllim və tələbə heyəti mütəmadi olaraq müxtəlif rayonlara səfər edir, fermerlərə görüşür, istehsal prosesində tətbiq olunan texnologiyaları nəzərdən keçirir, sahələrdə müzakirələr aparırlar.

ADAU-nun mətbuat xidmətinin xəbərində bildirilib ki, bu dəfə universitetin mühəndislik fakültəsində təhsil alan “aqromühəndilsik”, “yerüstü nəqliyyat vasitələri mühəndisliyi”, “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” və “maşın mühəndisliyi” ixtisasları üzrə üçüncü kurs tələbələri Bərdə rayonunun pambıqçılıq təsərrüfatlarında və pambıq emalı ilə məşğul olan müəssisədə olublar. Tələbələr pambığın becərilməsində və emalında tətbiq olunan müasir texnologiyaları, səpin üsülları, istifadə olunan maşın və mexanizmlərlə yaxından tanış olublar. Fakültənin kafedra müdirlərinin iştirak etdiyi səfərdə fermerlərə müvafiq tövsiyələr verilib, onların sualları cavablandırılıb.
 

Əlihüseyn ŞÜKÜROV

 

Sizin Reklam Yeriniz