Əlaqə Arxiv
news Image
2018.05.21
09:46
| A A A
Xırdalanda binada yanğın olub, 20 sakin təxliyə edilib

Xırdalanda yaşayış binasında yanğın olub. Movqe.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

 

Sizin Reklam Yeriniz