Əlaqə Arxiv
news Image
2018.05.21
10:37
| A A A
Qeyri-qanuni məşğulluğun aradan qaldırılması üzrə işlər davam etdiriləcək-Nazir

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyri-qanuni məşğulluğun aradan qaldırılması və ölkə əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması üzrə işləri davam etdirəcək.

Movqe.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Davamlı İnkişaf Məqsədlərinə doğru: uzunmüddətli inkişafın təbliği və layiqli əmək" mövzusunda keçirilən konfransda deyib.

Nazir qeyd edib ki, Azərbaycan ötən illər ərzində məşğullun təmin olunması və əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm uğurlar əldə edib:

"Qısa müddət ərzində Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsini azaltmağı və əməkhaqlarını artırmağı bacardı".

Sizin Reklam Yeriniz