Əlaqə Arxiv
news Image
2018.05.21
16:35
| A A A
Bakıda partlayış olub - 2 nəfər ölüb

Bakıda baş verən partlayış nəticəsində iki nəfər ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Movqe.az-a bildirib ki, partlayış zamanı ölənlərdən biri kişi, digəri qadındır. Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə partlayış qeydə alınıb.

Sizin Reklam Yeriniz