Əlaqə Arxiv
news Image
2018.05.22
15:07
| A A A
Su sayğaclarının yeri dəyişdiriləcək

Azərbaycanda su sayğaclarının mənzillərdən çıxarılması prosesi davam edir.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, son illər aparılan işlər nəticəsində 3 mindən çox yaşayış binasında su sayğacları evlərin daxilindən çölə çıxarılıb: "Hazırda daha 2000-ə yaxın binadakı sayğaclar binaların pilləkən qəfəslərinə çıxarılacaq. Daxili xətlər yenidən çəkilir və sayğaçlar qəfəslərdə quraşdırılır. Bunun üçün 15 milyon manat vəsait ayrılıb".

Sizin Reklam Yeriniz