Əlaqə Arxiv
news Image
2018.05.23
10:54
| A A A
Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə qalma müddətini açıqladı

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) viza ilə ölkəmizə gələn və vətəndaşlığı olmayan şəxslərin respublika ərazisində qalma müddətini açıqlayıb. Movqe.az-a DMX-dən verilən məlumatd a bildirilir ki, viza əsasında respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər!

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz