Əlaqə Arxiv
news Image
2018.05.24
15:39
| A A A
Azərbaycanda məktəblərə ilk növbədə həmin ərazidə yaşayan uşaqlar qəbul olunacaq

Azərbaycanda ümumi təhsil müəssisələrinə ilk növbədə həmin təhsil müəssisələrinin yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul olunacaq.

Movqe.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə təklif edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar.

Umumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sizin Reklam Yeriniz