Əlaqə Arxiv
news Image
2018.05.25
14:59
| A A A
Nazir: “Aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub”

“Azərbaycanın kənd təsərrüfatı sahəsində göstəricilər yaxşılaşıb, aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub”.
Movqe.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
“Dövlət dəstəyi tədbirləri hesabına aqrar sahədə fəaliyyət daha üst səviyyəyə keçib. Aparılan genişmiqyaslı aqrar siyasət bazayönmlülüyünün yüksəlməsinə müsbət təsir göstərib. Bu ilin I rübündə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi illik müqayisədə 4,2% artıb", - nazir qeyd edib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum aqrar sahədə çalışanlarla səmərəli işi qurur: “Ümid edirik ki, məhsul həcminin artırılmasını birgə təmin edəcəyik. Əsas fəaliyyət prinsiplərimizdən biri daimi fermerlərə, kəndlilərə yaxın olmaqdır. Kənd təsərrüfatı nazirliyinin şöbələri iş prinsiplərini dəyişəcək. Artıq nazirlik istehsalçılara müraciət edəcək. Həmçinin şəffaflıq və müasir texnologiyaların tətbiqi də prinsiplərimizdir”. 

Sizin Reklam Yeriniz