news Image
2018.06.13
17:56
| A A A
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm hadisə kimi daxil olub

Görkəmli dövlət və siyasi xadim olan böyük öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm hadisə kimi daxil olub. Bu qayıdış ölkəmiz üçün hazırlanan məkrli planların qarşısına sipər çəkib, siyasi varlığımıza doğru uzanan xain əlləri kəsib. Bu qayıdış, həm də müstəqilliyimizin əbədi və dönməzliyini, Azərbaycanın regionun ən qüdrətli dövlətinədək yüksəlməsini təmin edib.

Movqe.az AZƏRTAC-a xəbər verir ki, bu fikirlər iyunun 13-də Ağsuda Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini təşkil edən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirilən təntənəli yığıncaqda söylənilib. İştirakçılar əvvəlcə şəhərin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunan “Tarixin şanlı səhifələri” adlı videoçarx nümayiş etdirilib.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çıxışında, eləcə də icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyevanın “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusundakı məruzəsində ulu öndər Heydər Əliyevin Vətəni, xalqı qarşısındakı böyük xidmətləri bir daha yada salınıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanın Prezidenti seçildikdən sonra vətəndaş müharibəsinin qarşısı alınıb, cəbhədə atəşkəs təmin olunub. Dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, sabitliyin bərpası, demokratik və hüquqi dövlət quruculuğu və digər sahələrdə gərgin işlərə başlanıb, nəhayət ölkə inkişaf yoluna çıxarılıb.

Məruzə və çıxışlarda Ulu Öndərin siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın fəth etdiyi yeni zirvələrdən danışılıb, bu sahədə həyata keçirilən böyük layihələrin, iyunun 12-də - Milli Qurtuluş Günü ərəfəsində Türkiyənin Əskişəhir şəhərində açılışı olan yeni qlobal layihənin – TANAP-ın ölkəmizə gətirəcəyi iqtisadi və siyasi dividendlərdən söz açılıb.

Təntənəli yığıncaqdan sonra Heydər parkında bayram konserti olub

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs