news Image
2018.06.14
16:10
| A A A
Ölkəyə saxta dərman gətirilməsinə qarşı yeni sistem yaradılır

"Elə bir sistem yaradılmağa çalışılır ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın".

Movqe.az-ın  məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov bildirib ki, Nazirlər Kabinetində bununla bağlı toplantı keçirilib, müvafiq qurumlar dəvət olunub:

“Ciddi araşdırmalar aparılıb. Həmçinin işçi qrupu yaradılıb ki, ölkəyə saxta dərman gətirilməsinin qarşısının alınması üçün təkliflər versin. Bu, bütün dünyada problemdir, ancaq biz çalışacağıq ki, ölkəyə saxta dərman gətirilməsi səviyyəsi ciddi şəkildə aşağıya salınsın və insanlarımız bundan ciddi əziyyət çəkməsinlər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs