news Image
2018.06.14
18:15
| A A A
Təcili yardım gücləndirilmiş rejimə keçir

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-dək gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə AzVision.az-a Stansiyanın baş həkimi Rauf Nağıyev məlumat verib. O, bildirib ki, sabahdan etibarən fasiləsiz təhcizat təmin olunacaq, baş verə biləcək hadisələr mütəşəkkil şəkildə aradan qaldırılacaq. “Bölmələr və baş idarə üzrə növbətçilik tərtib olunub, məsul şəxslərdən ibarət insanlar iş yerlərində olacaq və təcili yardımın işinə rəhbərlik edəcəklər. Təcili yardım digər tibb müəssisələri, yəni mərkəzi xəstəxanalar kimi gücləndirilmiş iş rejimində çalışır. Əhalinin 24 saatlıq tibbi xidmətini göstərməyə hazırıq. Bu sistemi yaratmaqda məqsəd ondan ibarətdir ki, 1-ci səviyyə poliklinikalar işləmədiyi üçün əhalinin tibbi yardımını zəruri olduğu halda təcili yardım öz üzərinə götürür. Hər bir çağırışa çalışacayıq ki, vaxtında, çevik cavab verib, insanlara yardım edək”.