Əlaqə Arxiv
news Image
2018.06.17
10:12
| A A A
Azərbaycandakı Türkiyə vətəndaşları səs verməyə başlayıblar (FOTO)

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verməyə başlayıblar.

Movqe.az-ın məlumatına görə, səsvermə Türkiyənin Bakıdakı səfirliyində, Gəncə və Naxçıvan konsulluqlarında keçirilir.

 

Qeyd edək ki, daha öncə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral açıqlamasında Azərbaycanda 4500 Türkiyə vətəndaşının səsvermə hüququna malik olduğunu bildirib.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşanan Türkiyə vərəndaşları səsvermədə iştirak edirlər.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq.

Sizin Reklam Yeriniz