Əlaqə Arxiv
news Image
2018.06.21
13:37
| A A A
"Məktəbdaxili qiymətləndirmə azalacaq" - Ceyhun Bayramov

"Yaxın vaxtlarda məktəbdaxili qiymətləndirmədə azalmaya gedəcəyik".
 
Movqe.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov dərs ilinin yekunlarına dair hesabat tədbirində bildirib.
 
Nazir qeyd edib ki, xüsusilə də ibtidai siniflərdə məktəbdaxili qiymətləndirmənin azalması qarşıdakı illərdə tətbiq ediləcək: "2018-2019-cu tədris ilində məktəblərdə yeni reytinq sisteminə başlayacağıq. Hesab edirik ki, diaqnostik qiymətləndirmə başa çatıb və müəllimlərə sertifikasiya da tətbiq olunacaq. Sertifikasiya bütün təhsil sisteminə deyil, yalnız dövlət ümumtəhsil məktəblərinə aid olacaq. Sertifikasiyanın tətbiqi dünyada olduğu kimi Azərbaycanda da vacibdir. Bütün qaydalar hazırlanmalı və tətbiq olunmalıdır".

Sizin Reklam Yeriniz