Kürdəmirdə minik avtomobili motosikletlə toqquşdu, xəsarət alanlar var
Kürdəmir rayonunda yol qəzası baş verib.
Movqe.az milli.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Babək prospektində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobili "Muravey" markalı motosikletlə toqquşub. Nəticədə motosikletdə olan Kürdəmir rayonunun Aran qəsəbəsinin sakinləri - sürücü, 1961-ci il təvəllüdlü Qardaşəli Əbülfəz oğlu Rüstəmov və sərnişini, 1959-cu il təvəllüdlü Şakir Əlmusa oğlu Zərbalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.