Əlaqə Arxiv
news Image
2018.06.25
12:35
| A A A
Azərbaycanda şəkər xəstələrinin sayında artım var

"Azərbaycanda şəkərli diabetə tutulan xəstələrin sayında, artım müşahidə olunur". Movqe.az-ın məlumatına görə, bu sözləri Respublika Endokrinologiya Mərkəzinin həkim-endokrinoloqu Yeganə Sultanova söyləyib. O, bildidib ki, Azərbaycanda hazırda müalicə-profilaktika müəssisələrində 243.226 xəstə qeydə alınıb: "Dünyada hər yeddi saniyədən bir dünyada şəkərli diabetin fəsadlarından bir nəfər dünyasını dəyişir. Dünyanın bir çox ölkələrində şəkərli diabet ölümün bilavasitə səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, hazırda dünyada 451 milyon adam şəkərli diabetdən əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, diabetə tutulanların sayı 2045-ci ilə qədər 690 milyon nəfərə çata bilər”.

Zülfiyyə QULUYEVA 
Sizin Reklam Yeriniz