Əlaqə Arxiv
news Image
2018.06.25
15:21
| A A A
Masallıda “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilib

        25  iyun    2018-ci il tarixdə   Masallı rayon  Gənclər və İdman İdarəsi  təşkilatçılığı ilə 26 İyun BMT-nin Beynəlxalq narkotiklərlə mübarizə gününə həsr olunmuş  “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilib

           Tədbiri giriş sözü ilə Masallı  rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq tədbir  iştirakçılarını  salamlayaraq  bildirdi ki, Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Masallı rayon  Gənclər  və  İdman  İdarəsinin  bu sahədə  yeniyetmə  və  gənclər  arasında mütəmadi şəkildə  apardığı maarifləndirmə  işlərindən və qarşıda duran vəzifələrdən  danışan İdarə rəisi bu bəladan gənclərimizin uzaqlaşdırılması məsələsinin actual olduğunu diqqətə çatdırmışdır .
 

           Daha  sonra  tədbirdə çıxış  edən Uşaq Gənclər İdman məktəbinin direktoru Elxan Kərimov,  Rayon Təhsil şöbəsinin metodisti Gülağa Məmmədov, fəal gənclərdən Azər İsayev və  başqaları   narkomaniya  və  bu  bəlanın  törətdiyi  acı sonluqlardan   bəhs  edərək qeyd  etdilər ki, yeniyetmə  və gənclərimizin  narkomaniya  və onun  törətdiyi  fəsadlar  haqqında daha dolğun  və ətraflı  fikirə  sahib olması  günümüzün  vacib  məsələsidir.
 

Əlihüseyn Şükürov

 

Sizin Reklam Yeriniz