Əlaqə Arxiv
news Image
2013.04.11
14:44
| A A A
Millət vəkilinin "Facebook"da müdriklik dərsi...
Aydın Mirzəzadə xarici ölkələrdəki ac uşaqların halına acıyan 4 yaşlı qızdan danışdı Aktiv sosial şəbəkə istifadəçisi olan millət vəkili Aydın Mirzəzadə maraqlı fikirləri ilə diqqət mərkəzində olmağı bacarır. Mövqe.az-ın  məlumatına görə, deputatın dünənki statusu "Facebook" istifadəçiləri arasında böyük marağa səbəb olub.

Aydın Mirzəzadənin "Müdriklik dərsi 4" başlıqlı statusunu olduğu kimi oxucularımıza təqdim edirik:

"Azərbaycanda bir nəfərin televizoru xarab olur və təmir üçün evə usta çağırılır. Usta təmir üçün televizorun arxasını açdıqda qəribə bir mənzərənin şahidi olur. Televizorun arxası çörək qırıntıları ilə dolu idi və nasazlıq da qırıntılarla bu bağlı idi.

Evdə isə ata-anadan başqa 4 yaşlı qız yaşayırdı və valideynlər ondan şübhələnirlər. Fikirləşirlər ki, bu işi qızcığazdan başqa heç kim edə bilməzdi. Uşağın valideynləri usta yanında heç nə demirlər. Televizor çörək qırıntılarından təmizlənir və usta televizoru sazlayaraq təhvil verir.

Haqqını alan televizor ustası gedəndən sonra valideynlər qızlarından məsələni soruşurlar. Qız əvvəl boynuna almaq istəmir, sonra isə hönkür-hönkür ağlamağa başlayır.

Məlum olur ki, uşaq ekranda xarici ölkələrdəki ac uşaqları gördükcə mətbəxdən çörəkləri gətirir və televizorun arxasındakı dəliklərdən içəri atırmış."
Sizin Reklam Yeriniz