news Image
2018.07.12
12:57
| A A A
Gələcəyin mühəndisləri STP-də olub-Foto

Sumqayıt Texnologiyalar Parkında (STP) “Uşaq Mühəndisliyi Günü” keçirilib.

Tədbir çərçivəsində Bakı Oksford Məktəbinin şagirdlərinin  STP-yə ekskursiyası təşkil edilib.

Qeyd edək ki, ekskursiyada 50-ə yaxın şagird və müəllim iştirak edib. 

Görüşdə iştirak edən uşaqların STP-nin  istehsal sahələrinə gəzintisi baş tutub. Zavodlarla tanışlıq zamanı uşaqlara müəssisədə istehsal edilən  məhsulların hazırlanma texnologiyası barədə ətraflı məlumat verilib. Ekskursiya iştirakçıları hazırlanan məhsullarla yaxından tanış olub, uşaqların sualları cavablandırılıb. 

Sonra uşaqlar üçün “STP balacaların gözü ilə” rəsm müsabiqəsi və “Nə üçün STP?” adlı yarış təşkil edilib. Qalib komandalar xüsusi hədiyyələr ilə mükafatlandırılıb. 

Müəssisə tərəfindən ekskursiyada iştirak edən bütün iştirakçılara hədiyyələr və sertifikatlar təqdim edilib. 

Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. 

STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs