news Image
2018.07.12
17:21
| A A A
Bizə həkim lazımdır, yoxsa idman müəllimi? - Tibb ixtisaslarında yerlərin azalmasına ETİRAZ

“2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlanıb. Demək olar ki, bütün ixtisaslar üzrə plan yeri artıb. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisas üzrə, ciddi azalma isə tibb ixtisası üzrə olub”.


Movqe.az -ın məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
 

Təhsil eksperti bildirib ki, 2017-ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı.
 

“Bu il, 2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb”. 
 

K.Əsədov qeyd edib ki, idman ixtisası üzrə isə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb.
 

“Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. Bu il, 2018-ci ildə isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq 1505 plan yeri olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan yerləri 350 yer artıb.  Əlbəttə, ölkəyə sağlam, idmançı gənclər lazımdır. Amma etiraf edək ki, bədən tərbiyəsi ixtisasına qəbul olanların böyük əksəriyyəti başqa ixtisas qruplarına daxil ola bilməyən, təki universitet olsun prinsipi ilə bura gedənlərdir. Və bədən tərbiyəsi ixtisasını bitirənlərin demək olar ki, böyük əksəriyyəti bu istiqamətdə çalışmır”.


K.Əsədov  regionlarda həkimlərə ciddi ehtiyacın olduğunu bildirib.

 “Hesab edirəm ki, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalıdır. Tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Gələcəkdə bu azalmanın mənfi nəticələri olacaq”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs