Əlaqə Arxiv
news Image
2018.07.13
14:56
| A A A
Hövsanda yolu keçən piyadanı maşın vurdu

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Movqe.az-a verilən məlumata görə, iyulun 12-də saat 16 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Mübariz Səttarov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəlal Əlirzayevi vurub.

 

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz