Əlaqə Arxiv
news Image
2018.07.13
18:30
| A A A
Lerikdə "Niva" dərəyə aşdı - Xəsarət alan var

Lerik rayonunda avtomobil dərəyə aşıb.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə  ucqar dağ kəndi olan Kirəvud  ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, Pənah Abuzər oğlu Kərimov idarə etdiyi "Niva" markalı  avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb. Yaralıya Lerik Rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri ilkin tibbi yardım göstəriblər. Xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olan P.Kərimov Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz