news Image
2018.07.14
11:15
| A A A
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallıda keçirib

13 iyul 2“Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyinin fəalları Masallı rayonunda səfərdə olub.

Şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Masallı şəhərinin mərkəzində "Qəhrəmanlar Parkı" abidəsi önünə də gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı tərəfindən səmimi qarşılanan “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyinin fəalları ilə görüş keçirilib.
Tədbirdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun salamını qonaqlara çatdırıb.
Sonra N.Muxtarlı Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, sakinləri, onların məşğuliyyəti haqqında geniş məlumat verib. Masallıda kənd təsərrüfatı işlərinin böyük vüsət aldığını bildirən N.Muxtarlı qeyd edib ki, rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əhalisinin sayı 222 min nəfərdən çox olan Masallı respublikanın ən sıx əhali yaşayan və az torpaqlı rayonları sırasındadır. Fermerlər tərəfindən səmərəsiz taxıl əkinləri 50 faizdən çox azalıb, həmin sahələr hesabına tərəvəz, çəltik, giləmeyvə, faraş kartof, tərəvəz, noxud, sarımsaq, tütün, qarğıdalı kimi bitkilərin əkinləri xeyli genişləndirilib. Əkin strukturunda baş verən bu dəyişiklik nəticəsində rayonda bitkiçilik məhsullarının istehsal həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən artıb, əkinlərin rentabelliyi taxıla nisbətən bir neçə dəfə yüksək olub, xeyli iş yeri yaranıb. İstehsal edilən məhsullar əsasən ixracyönümlü olub. Keçən ildən rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. 
İcra başçısının müavini Masallıda turizmin yaxşı şəraitinin olmasını qeyd edib.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva səmimi qarşılanmaya görə minnətdarlığını ifadə edib. Azərbaycan Prezidenti cənab İlham Əlievin tapşırığına əsasən ölkəmizdə, Masallıda görülən işləri təqdir edib.
Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyinin sədri Arzu Bağırova, Səməd Bağırov iştirak ediblər.
A.Bağırova İctimai Birliyin fəaliyyəti və məqsədləri barədə danışıb. Onun sözlərinə görə, bu gün İctimai Birlik rayonun Bədəlan və Hişkədərə kənd orta məktəblkərində tədbirlər kiçirəcək, Kalinovka və Güllütəpə kəndlərində Nurlan Əsgərli və Firdovsi Bağırzadənin ailələlərini ziyarət edəcək. Sabah, iyulun 14-də Ərkivan 2 nömrəli və "Dəfinə" məktəb-liseyində tədbirlərini davam etdirəcək.
RİH başçısının müavini N.Muxtarlı xatirə olaraq Milli Məclisin deputatı Qənirə Paşayeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyinin fəallarına Masallı haqqında fotoalbomlar hədiyyə edib.


Əlihüseyn Şükürov.