Əlaqə Arxiv
news Image
2018.07.15
16:00
| A A A
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib - FOTO

2018-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.

İbrahimov Samir Ramiz oğlu

Movqe.az bildirir ki, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən, 10 iyul hadisələrinə görə 22 nəfər həbs edilib. 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılmışdır.

Eyni zamanda, məlumata görə 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunmuş, 8 nəfər barəsində axtarış elan edilmişdir.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz