Əlaqə Arxiv
news Image
2018.07.15
20:21
| A A A
Sumqayıtda radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb

2018-ci il iyulun 15-də Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb. 
Movqe.az bildirir ki, Hüquq-mühafizə orqnalarından daxil olan məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar.

Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilmiş, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunmuş və planları tam aşkara çıxarılmış, məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

Hüquq-mühafizə orqanlarından hazırda əməliyyatın davam etdiyi bildirilib.

Sizin Reklam Yeriniz