Əlaqə Arxiv
news Image
2018.07.16
10:37
| A A A
Sabunçuda "Mercedes" 45 yaşlı kişini vurub öldürdü

Sabunçu rayonunda maşın naməlum piyadanı vurub öldürüb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində baş verib.

Bağırov Əbülfəz Mirzə oğlu idarə etdiyi 45-BB-444 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Zabrat-2 qəsəbəsindən Məhəmmədi kəndinə gedərkən təxminən 44-45 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hələlik piyadanın şəxsiyyəti məlum deyil.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz