Əlaqə Arxiv
news Image
2018.07.16
15:18
| A A A
“Dəfinə” məktəb-liseyində “Gənclər zərərli vərdişlərə “Yox” deyir” mövzusunda tədbir keçirilib

Masallı rayonunun “Dəfinə” məktəb-liseyində “Gənclər zərərli vərdişlərə “Yox” deyir” mövzusunda tədbir keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun adından salamlayıb tədbirin işinə uğurlar arzulayıb, iştirakşılara təşəkkür edib. 
Məktəbin akt zalında keçirilən tədbirdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov tədbirin əhəmyyətindən danışıb.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Arzu Bağırova tədbirin mahiyyətini açıqlayıb.
Millət vəkili Qənirə Paşayeva tədbir üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib, zərərli vərdişlərin insanlara verdiyi mənəvi dəyərlərdən maraqlı, yaddaqalan fikirlər söyləyib.
Tədbirdə Milli Məclisin səhiyyə komitəsinin üzvü, tibb elmləri doktoru, professor Rəşad Mahmudov və başqaları zərərli vərdişləri pisləyib, sağlam həyat tərzi ilə bağlı məsləhətlər veriblər.
İctedadlı gənclərdən Gülnaz Nağızadə “Xoşbəxtlik qapını döyür” kitabını Milli Məclisin deputatı Qənirə Paşayevaya təqdim edib.
Müəllim və məktəblilərin çoxsaylı sualları cavablandırılıb.
Sonda Millət vəkili Qənirə Paşayeva tədbir iştirakçılarına və məktəb kitabxanasına özünün və digər müəlliflərin kitablarını hədiyyə edib.
Qonaqlara Masallının bacarıqlı əl ustalarının hazırladıqları suvenirlər verilib.
Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz