Əlaqə Arxiv
news Image
2018.07.18
11:30
| A A A
Jurnalistlər üçün inşa edilən üçüncü binanın təhvil veriləcəyi tarix açıqlandı

"Jurnalistlər üçün inşa edilən binada işlər sürətlə davam edir. Binanın 2020-ci ildə təhvil verilməsi nəzərdə tutulur". Movqe.az-ın məlumatına görə, bu sözləri Nəsimi Rayon İcra Hakimiyyətində Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli söyləyib. Vüqar Səfərli ölkə başçısı cənab İlham Əliyevin mətbuata qayğısından söz açıb. O bildirib ki, artıq İlham Əliyevin müvafiq sərəncamı ilə jurnalistlər üçün sayca üçüncü bina inşa edilir:" Bu bina da 17 mərtəbə, 255 mənzildən ibarət olacaq.  Hazırda binada tikinti işləri sürətlə gedir. Binanın üçüncü mərtəbəsi tamamlanmaq üzrədir. Prezidentin bu diqqət və qayğısı jurnalistlərin mənzil-məişət problemlərinin həllində mühüm rol oynayır" deyə Vüqar Səfərli bildirib.

Zülfiyyə Quluyeva

Sizin Reklam Yeriniz