Əlaqə Arxiv
news Image
2018.07.18
13:29
| A A A
Kənd Təsərrüfatı Nazirliyində YENİ TƏYİNAT

Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə yeni müdir təyin edilib
Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən azad olunub.
 
"APA-Economics"in məlumatına görə, Yevlax Kənd Təsərrüfatı İdarəsinin rəisi Zakir İmran oğlu Rzayev və Hacıqabul Kənd Təsərrüfatı İdarəsinin rəisi Nurbala Bəybala oğlu Mirzəyev tutduqları vəzifələrdən azad ediliblər. Hər iki şəxsin öz ərizəsi əsasında işdən azad edildiyi bildirilir.
 
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazir İnam Kərimovun müvafiq əmri ilə Rafail Cəbrayıl oğlu Quliyev nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə müdir təyin olunub. Rafail Quliyev bundan əvvəl Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.

Sizin Reklam Yeriniz