Əlaqə Arxiv
news Image
2018.07.18
15:57
| A A A
ADAU-nun Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış olublar

  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən “Davamlı inkişaf hədəfləri” 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gəncə Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış olublar. Qonaqları  müəssisənin direktor müavini Şəhriyar Hacıyev, Gəncə şəhər Gənclər və İdman  İdarəsinin baş məsləhətçisi Xəyalə  Qurbanova, Gələcəyə  Körpü Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə salamlayaraq, onları Gənclər Evinin inzibati binası ilə tanış ediblər.Qonaqlara müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar haqqında geniş məlumat verilib. Tanışlıq zamanı gənclər siyasəti sahəsində görülən işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə  təqdimatlar olunub. Gənclər Evində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait, müxtəlif təyinatlı otaqlar qonaqlarda böyük təəssürat yaradıb.

                                               

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz