Əlaqə Arxiv
news Image
2018.07.18
16:12
| A A A
Qafanın Şəhərciyi, ellər gözəli Vətən...

Qarşımda bir kitab var. Təzə çapdan çıxıb. Bakının “Nərgiz” nəşriyyatında, 300 səhifədə, qalın qabıqda.  Adı belə adlanır: “Qədim oğuz yurdu Şəhərcik”. Hələ mətbəə qoxusu üstündədir, nəfis şəkildə nəşr ilunub. Kitabın müəllifi  Əliş Əhmədoğludur.  Milli Məclisin mətbuat katibliyində işləyir. Gözəl avtoqrafla bu sətirlərin müəllifinə hədiyyə edilmiş kitabı birdüzməyə oxudum, içərisindəki şəkillərə vurğunluqla baxdım. Bir anlığı fıkirləşdim ki, Qafan elə deyillərcən varmış... Adamın qəlbi o yerlər üçün sızlayır... “Qədim oğuz yurdu Şəhərcik” kitabinda Qərbi Azərbaycanın ( indiki Ermənistan) Qafan rayonun Şəhərcik kəndinin tarixi, təbiəti, etnoqrafiyası, orda yaşayan azərbaycanlıların yaşayışı, ermənilərə qarşı apardığı yaşam mücadiləsi, nəhayət 1988-ci ildə dədə-baba torpaqlarından qovulmaları öz əksini tapmışdır. Kitabda habelə Zəngəzur mahalı, Qafan şəhəri və onun digər kəndləri barədə də məlumatlarla zəngindir. Eyni zamanda oxucular burda müəllif Əliş Əhmədoğlu bu yerlərin görkəmli, el-obada tanınmış məşhur adamlarına, dost və yaxınlara həsr etdiyi mənzum ithaflarla tanış ola biləcəklər. Kitabın redaktorlaru şair-publisist, “Qızıl qələm” və Akademik M.Mehdizadə adina mükafatı laureatı, r espubilka Təhsil  əlaçısı  Hidayet Musabəyli və ş air-tənqidçi, “Qızıl qələm” mükafatı laureatı  Sultan Orucoğlu,  i deya müəllifi  Nazim Sabir oğlu  Əsədov, e lmi redaktoru Tarix elmleri doktoru, professor  Şikar Qasimovdur. Əvvəlcədən qeyd etdiyim kimi Şəhərcik qəsəbəsinin gözəl mənzərəsi, dağlar qoynu, əsrarəngiz gözəlliyi də kitabda öz əksini tapıb. Müəllif Vətən həsrətini, doğma yerlərini poetik duyğularla da vəsf etməyi unutmayıb:

Elini itirən bir el oğluyam,
Vətən həsrətliyəm, yurd soraqlıyam.
Mən səni sevmişəm, sənə bağlıyam,
Mənim Şəhərciyim – mənim taleyim
 
O yerdə suyum var, o yerdə çeşməm,
O dağ havasından keçmərəm heç mən.
Erməni obama, yurduma düşmən,
Mənim Şəhərciyim – mənim taleyim.
 
Bilinmir çiçəyin sayı dünyada,
Dünya boyda gördüm payı dünyada.
Yoxdu Almalığın tayı dünyada,
Mənim Şəhərciyim – mənim taleyim.
 
Tarixin söz açır hər talasından,
Dağlar ayrı düşüb öz balasından.
Sənə boylanmışam Qır Qalasından,
Mənim Şəhərciyim   mənim taleyim.
 
Əlişəm, qoynunda izim qalacaq,
Şeir yazacağam sözüm qalacaq.
Sənə qovuşmağa dözüm qalacaq,
Mənim Şəhərciyim – mənim taleyim.
("Mənim taleyim" şeiri).
  
   Sonra oxucu bu yerlərin tanınmış şəxsləri ilə tanış olur. 
   Müəllif yazır ki, Qafan torpağının – Şəhərciyin   ən layiqli yetirmələrindən   olan Sabir müəllim də bu özəlliklərin   hər üçü cəmlənmişdi.  Sabir Cəlal oğlu Əsədov türk dünyasının, vaxtilə Əli bəy Hüseynzadənin dediyi kimi elmi yüksəliş epoxasının öncülərindəndir. O, bütün ömrü boyu bir bəndə kimi Tanrının, bir alim kimi elmin, bir vətəndaş kimi ölkənin, bir övlad kimi xalqın qulluğunda durmuşdur. Onun bir –birindən sanballı əsərləri azərbaycan tarix elmini zənginləşdirmiş, “Ermənistan azərbycanlıların tarixi coğrafiyası”, “Böyük Ermənistan” haqqında əfsanə” kimi kitabları erməni saxtakarlığını, “dənizdən –dənizə Ermənistan” mifini danılmaz dəlillərlə alt-üst etmişdir.
    “Qədim oğuz yurdu Şəhərcik”də oxuyuruq ki,  Sabir müəllim öz yüksək əxlaqı ilə, davranışı və həyat tərzi ilə hər vaxt nümunə olmuş, müasirləri, gənc nəsil, özünü əsl insan, həqiqi vətəndaş hesab edən hər kəs bu böyük şəxsiyyətin mövqeyinə doğru düzənləmişdir.
     Şəhərciyin görkəmli oğulları həmişə olub və olacaq. Onlardan biri də xalqımızın görkəmli oğlu, Azərbaycan Respubilkası Milli Məclisinin Sədri Oktay Sabir oğlu Əsədovdur.
     Oktay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respubilkası Qafan rayonun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft   və Kimya İnstitutunun maşınqayrıma texnologiyası   fakultəsini bitirmişdir. 1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta koməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin “Azərsantexquraşdırma” trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996-2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyası Şurasının üzvüdür. Azərbaycan Respubilkası II çağırış Milli Məclisinin deputatı olmuşdur. 2005ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdir. 2005-ci il dekabrın 2-dən Azərbaycan Respubilkası Milli Məclisin Sədridir. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Okday Əsədov “Şərəf” ordeni ilə təltif edilmişdir.
    Şəhərciyi tanıdanlar sırasında Milli ordumuzun görkəmli sərkərdələrindən olan el-obamızın general oğlu Bəkir Şirin oğlu Orucovdur. Əsgərlərinin sevimlisi, düşmənin qənimi olan bu eloğlumuzla biz həmişə fəxr etmişik. O, olduqca səmimi, dostcanlı, ürəyi Vətən eşqi ilə döyünən bir insandır.
     Uzun müddət Naxçıvanda korpus komandirinin müavini vəzifəsində işləmişdir. Azərbaycan Ordusunun hazırkı qələbələrində, xüsusən 2017-ci ildə Lələtəpə yüksəkliyinin alınmasında onun onun bir əsgər kimi, bir komandan kimi böyük xidmətləri olmuşdur. İnşallah, bu cür igid, vətənpərvər hərbiçilərimizin sayəsində altındakı bütün torpaqlarımız tezliklə azad olunacaqdır.
     Müdafiə Nazirliyinin general-mayoru, Beyləqan korpus komandirinin birinci müavini Orucov Bəkir doğma Şəhərciyin adını daim yüksəkliyə qaldıranlardandır.
        Yeni kitabın müəllifi  Əliş Əhmədoğlu sonra yazır ki,  1897-ci ildə kənd əhaisinin sayı 800-ə yaxın olmuş sonralar 1905-1906-cı və 1918-1920-ci illərdə Şəhərcik əhalisinin bir coxu erməni zorakılıqlarına dözməyib, kəndi tərk etdiyinə görə əhalini sayı bir qeder azalaraq 650 nəfərə yaxın olmuşdur. Bunlardan 140 nəfərdən ibarət könüllü dəstə düzəldilmiş, təlim görmüş və müxtəlif silahlarla silahlanmış Andranikin daşnak ordusuna və Njdenin başçılıq etdiyi bandit dəstəsinə qarşı vuruşmuşdur. Şəhərciklilər həmin könüllü dəstə ilə üç ay müddətində Gığı dərəsinə və Gecəlan şəhərinə gedən yollarda erməni hücumlarının qarşısını almaqla digər Azərbaycan kəndlərini də müdafiə etmişlər. Daşnak ordusunun komandirlərindən biri Keşiş oğlu Şəhərcikdə öldürülmüş, uzun danışıqdan sonra meyiti sahiblərinə qaytarılımışdır. Torpaqlardan atılan atəşdən sonra könüllü dəstənin əksəriyyəti Qır Qalası (Yuxarıkəndin ərazisində çox əzəmətli, təbii bir qaladır) ətrafında toplanmış, sonra isə kənd əhalisi ilə birlikdə məcbur olub oranı da tərk edərək Açağu, Gilətağ və Kurud əhalisi ilə noyabr ayının axırlarında qarlı dağları aşaraq, Naxçıvanın Ordubad rayonun Əylis, Dırnis və Yayçı kəndlərinə pənah aparmışlar. Həmin dövrdə Şəhərçik kəndinin çox igid oğlu, eyni zamanda hərbi   dəstənin başçılarından biri Səhlalı Orucəli oğlu   yaralandığı üçün ermənilərin elinə düşməsin deyə öz xahişi ilə anası Gilətağ kəndində onun olduğu binaya od vurub yandırmışdır. Allah ona qəni-qəni rəhmət eləsin. Neçə illər kənd indiki kimi xarabalığa cevrilmiş, 1921-1922-ci illərdə isə qaçqınların əksəriyyəti kəndə qayıtmışdır. Həmin dövrün yəni 1922-ci ilin (Sovet hakimiyyətinin qurulduğu dövrü əhatə edir) statistik məlumatlara əsasən 566 nəfər keçmiş sakin qayıdaraq, yenidən kənddə məskunlaşmışdır. 1923-ci ildə kənddə ilk Azərbaycan məktəbi açılmış, 1931-ci ildə artıq kənd əhalisinin sayı 669 nəfərə çatmış və burada kolxoz təsərrüfatı qurulmuşdur. 1937-ci ildə Qafan rayonu ərazisində ilk orta məktəb məhz Şəhərcikdə açılmışdır. Ətraf kəndlərdən və 35-ə yaxın ayrı-ayrı Azərbaycan kəndlərindən orta təhsil almaq üçün Şəhərciyə gəlmişlər.
      Mən başlanğıcda Şəhərcik haqqında, qısa da olsa bəzi məlumatları qeyd etmişəm, ancaq mənim üçün çox doğma, çox əziz olan bu kənd haqqında ömrümün axrına kimi nə qədər söz desem, nə qədər yazsam, yene də yorulmaram. Şəhərcik çox qədim, böyük əraziyə malikdir, hər tərəfdən dağlar və meşələrlə əhatə olumuşdur. Rayon mərkəzindən 40-50 km aalıda olan Gecəlan şəhərinə və Gığı dərəsi istiqamətində starateji əhəmiyyətli ən vacib yer məhz şəhərcik idi. Belə ki hər iki məntəqəyə ancaq Şəhərcik kəndindən ketmək mümkündür. Bu kənd çox gözəl təbiəti, hər tərəfi gül-çiçəkli, meşəli, çəmənli, sərin bulaqları, gözəl bağları, dərəli-təpəli, yallı-yamaclı, çox məhsuldar torpağı olan bir məkandır. Qəsəbənin təxminən ortasından 2-3 km dağlara tərəf olan sahədə Xustubla az qala üz-üzə dayanan əzəmətli, böyük hündürlüyə malik “Qır Qalası” adlanan bir qala var. Həmin qala haqqında bir çox mülahizələr söylənilmiş, lakin bu adın mənşəyi haqda hələ də dəqiqi məlumatımız yoxdur. Əlverişli, füsunkar təbiətinə görə də ermənilər o ərazidə ancaq özlərini görmək istəmişlər.
    Daha sonra kitab müəllifi yenidən Şəhəcikin tanınmış simalarını tanıdır: " Bütün yuxarıda qeyd edilənlərə əlavə olaraq Şəhərçik haqqında onu deyə bilərəm ki, bukənddə yaşamış, oxumuş (ayrı-ayrı kəndlərdən gələnlərlə birlikdə) şəxslərdən çoxlu sayda alimlər, dövlət xadimləri, generallar, şairlər, əməkdar həkimlər, əməkdar müəllimlər, müxtəlif rütbəli hərbiçilər, jurnalistlər, məktəb direktorları yetişmişdir. Ulu Şəhərciyin ən   məhşur yetirmələrindən biri Zeynalov Cəlal Əsəd oğludur. O, 1896-cı ildə Şəhərcik kəndində anadan olmuşdur.
      Əsədov Sabir Cəlal oğlu 1927-ci ildə Qafan rayonun Şəhərcik kəndində anadan olub. O, Şəhərcik məktəbini fərqlənmə ilə bitirən kimi əvvəlcə Xələc, sonra isə Quşçulu kəndlərində ibtidai məktəblərdə müdir işləyib, 1951-ci ildə ADU-nin tarix fakültəsinin fəlsəfə şöbəsini bitirib. Üç il Qafanın Gecəalan   beynəlmiləl orta məktəbində müəllim, 1954-1967-ci illərdə “Sovet Ermənistanı” qəzetində şöbə müdiri və məsul katib işləmişdir. Eyni zamanda İrevanda 1959-1967-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı   Texnikumunun   direktoru vəzifəsində çalışıb. 1967- ci ildə İrəvandan Bakıya köçmüş və 1967-1974-cü illərdə Azərbaycan Sovet Ensiklopediyasında fəlsəfə və tarix redaksiyasının müdiri,1977-ci ildən isə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnustitununda baş müəllim, sonra isə həmin kafedranın müdiri işləmişdir.
     1977-ci ildə fəlsəfə elmləri namizədi, 1990-cı illərdə isə tarix elmləri doktoru, professor adını almışdır. Sabir müəllimin yazdıqları “Kim kimdir”, “Ermənistan azərbaycanlılarının coğrafiyası”, “Cəlal müəllim”, “Zəngəzur qartalı”, “Siyasi lətifələr”, “Heyder Hüseynov”, “Böyük Ermənistan haqqında əfsanə” adlı kitablarda və bir cox   qəzet və jurnal məqalələrində erməni təhlükəsindən söz açmış, erməni təcazüvünə qarşı təəssübkeş alim qəlbinin nalə və fəryadını duyurmuşdur. Qeyd edilənlərdən başqa, Sabir müəllim Azərbaycan İnsan Hüquqlarının Müdafiə Komitəsinin sədr müavini və jurnalistlər birliyin üzvü idi. Sabir müəllim 2002-ci ilin iyun ayının 20-də qəflətən vəfat etmişdir. Allah rehmət eləsin.
      Şəhərcik kənd sakinləri Sovet hakimiyyəti quruluna qeder ancaq mollaxana, mərdəsə və rus-tatar məktəblərində təhsil aliblar. Kəndin ilk savadlı adamı ən köklü və qədim tayfalardan birinin adını daşıyan Mirzə Alırza olmuşdur.
     Təkcə kənd üzrə deyil, eyni zamanda bütün Qafan rayonu üzrə ən savadlı adam 1890-cı ildə Alırza kişi olub. O, atasının məsləhəti ilə Rusiyanın Peterburq şəhərində təhsil alıb, rus dilini çox təmiz bilib, sonra isə ona ləqəb qoyulub: Mirzə Alırza. Qədim tarixə malik olan Şəhərcik kəndinin köklü tayfalarından biri olan Alırza tayfasının tanınmış ağsaqqalı Alırza kişi elini-obasını, torpağını sevmiş və bu sevgini öz oğlanllarına da aşılamışdır.
     Meşəli, yaylaqlı, bulaqlarla dolu Şəhərcikin y aylaqları və kəndin abidələri, tayfaları və tayfa adları haqqında məlumat verilmişdir. 
Müxtəlif illərdə məsul vəzifələrdə çalışmış - kənd soveti sədrləri, kolxoz sədrləri, baş mühasib, məktədə direktorları və dərs hissə müdrləri, Əməkdar müəllimlər, k lub və kitabxana müdirləri həmşçinin kəndin sənətkarları - dəmirçilər, dərzilər, kolxozun sürücüləri, meşəbəyləri, musiqiçiləri və s. sənət adamları haqqında da məlumatlar var. Kitabda həmçinin kənd mərasimləri haqüqında olan yazılar da maraqlıdır.
Kitabın sonunda müəllif Əliş Əhmədoğluna həsr edilmiş yazılar yer almışdır.
Əlbəttə, belə bir tarixi, monumental kitabı yazıb çap etdirmək insandan böyük şücaət tələb edir. Gərək fakktlar düz ola, yazdığın istinad nğqtəsi sayıla, mübahisəyə səbəb olmaya. Əliş müəllim Qafanın bir parçası haqqında gözəl əsər yaradıb. Bu kitab hər bir oxucu üçün maraqlıdır. Bu kitab həmişə yaşayacaq və nəsillərə qalacaq. Hörmətli Əliş Əhmədoğlunun öz Vətəni, ana torpağı üçün yaratdığı kitab yuxusuz, əzablı gecələrinin bəhrəsidir. Bu mövzuda kitab yazmaq hər yazarın işi deyil:
 
ŞƏHƏRCİYİM
 
Ormanında, oylağında,
Buza dönən ocağında,
Qərib düşən qucağında
Gözüm qalıb, Şəhərciyim.
 
Gözəllərin boyu bəstə,
Durna gördüm dəstə-dəstə.
Səhər-səhər çəmən üstə
İzim qalıb, Şəhərciyim.
 
Suallara yoxdur cavab,
Sona yetmir bu iztirab.
Həsrətinə nə məndə tab,
Dözüm qalıb, Şəhərciyim.
 
Solub gedib o bağ, bostan,
Nə gözləyir qoca aslan?
Köynəyində o zamandan
Sazım qalıb, Şəhərciyim.
 
Mən bu tayda, sən o tayda,
Qol qaldırmır Əliş toyda.
Ürəyimdə dağlar boyda
Sözüm qalıb, Şəhərciyim.

Atam Əhməd Hüseyınovun
əziz xatirəsinə
 
Payızda xəzəllər əzilən vaxtdan,
Boğdu qəhər məni, boğdu qəm məni.
Əlin həkimlərdən üzülən valxtdan
Tez-tez yuxularda görürəm səni.
 
Qəlbə toxunmadın, könül sıxmadın,
Ömrünün bir günü getmədi bada.
Sərvət toplamadın, dövlət yığmadın,
Sən hörmət qazandın, dövlət yığmadın,
 
Dünya haqqımızı görə bilməyib,
Dünyanın nələri mənə xoş gəldi?
Atam öz evinə girə bilməyib,
Doğma Şəhərcikdən əliboş gəldi.
 
Həsrət içimizi bişirər indi,
Kef çəkən yağılar əfpv olunurlar.
Qonaqlı-qaralı kişilər indi
Qərib qəbirlərdə dəgn olunurlar.
 
Evinin yerində qala quraram,
Hərə öz sözünü yazdı dünyada.
Sənə arxalanıb dağı yararam,
Atam tək atalar azdı dünyada.
 
Əliş, qara daşa tay olmayır zər,
Atana çəkmisən, il yaza dönür.
Torpağa düşəndə zay olmayır zər,
Göylərdə alışan ulduza dönür. Qafandan, Şəhərcikdən çıxan Əliş müəllim qələminə, uğuruna sevinirəm ! Zaman gələcək təzədən doğma torpaqlarımızda olacağıq...
Növbəti kitabının sorağiyla:
Əlihüseyn Şükürov.
Masallı rayonunda çıxan həftəlik "Yeni həyat" qəzetinin Baş redaktoru.
 

Sizin Reklam Yeriniz