Əlaqə Arxiv
news Image
2018.07.18
18:05
| A A A
Taylandda mağaradan xilas edilən uşaqlar xəstəxanadan evə buraxılıblar

Taylandda su basan mağaradan xilas edilən uşaq futbol komandasının on iki üzvü və onların məşqçisi xəstəxanadan evə buraxılıb.

Movqe.az "Report"a istinadən xəbər verir ki, xilas olunmuş 13 nəfər dövlət kanalı ilə canlı yayımlanacaq mətbuat konfransında iştirak edəcək.

Xatırladaq ki, uşaq futbol komandasının üzvlərini və onların məşqçilərini su altında qalan Khao-Luanq mağarasından iyunun 10-da xilas ediblər. Onlar mağarada olarkən yağan güclü leysan yağışları girişi su altında qoyub və komanda üzvləri iki həftə ərzində mağaradan çıxa bilməyiblər.

Uşaqlar və onların məşqçisi əməliyyatdan sonra Çianqray şəhərindəki Praçanukro hospitalında tibbi karantində qalıblar.

Sizin Reklam Yeriniz