Əlaqə Arxiv
news Image
2013.04.12
15:37
| A A A
Əli ətçəkən maşında qaldı

Dörd yaşlı uşağın əli ətçəkən maşında qalıb. Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 4 yaşlı Əliyeva Cəmilə Məzahir qızının əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstəsi çağırılıb.

Xilasedicilər Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirilən azyaşlının əlini ətçəkən maşının sıxılmış dəmir hissələrindən xilas edə biliblər. Balacanın xəsarət almış əli xilas edilsə də, onun özünün vəziyyəti o qədər də ürəkaçan deyil.

Diqqətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində 4 barmağı ciddi xəsarət alan qızcığazın əlinin işləməsi sadəcə gözlənilən möcüzə kimidir.

Sizin Reklam Yeriniz