Əlaqə Arxiv
news Image
2018.07.20
15:24
| A A A
ADAU Beynəlxalq Yay Məktəbində Strateji Yol Xəritəsinə dair mühazirə dinlənilib

Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunan, 11 ölkədən 34 tələbənin iştirak etdiyi “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci Beynəlxalq Yay Məktəbində növbəti mühazirə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə həsr olunub.  Mühazirə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr Departamentinin rəhbəri Rəşad Hüseynov tərəfindən aparılıb. Mühazirədə Strateji Yol Xəritəsinin strukturu, strateji baxışlar, hədəf indikatorları, strateji məqsədlər və hədəflər, onların icra vəziyyətinə dair geniş məlumat verib.

Maraqla qarşılanan mühazirədə iştirakçılar Strateji Yol Xəritəsi ilə yanaşı ölkədə aqrar sahənin inkişafının müasir səviyyəsi, dövlət dəstəyi, prioritet istiqamətlər barədə zəruri informasiyalar əldə etdiklərini bildiriblər.
                                             

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz