Əlaqə Arxiv
news Image
2018.07.20
17:49
| A A A
İranda neft saxlama anbarda PARTLAYIŞ: 2 nəfər itkin düşdü - yaralı var

İranın mərkəzində yerləşən neft saxlama anbarında partlayış baş verib.

Movqe.az report-a istinadən xəbər verir, hadisə nəticəsində bir nəfər xəsarət alıb, iki nəfər itkin düşüb.

Hadisə ölkənin Mərkəzi əyalətinin Xomeyni rayonunda baş verib. Neft məhsulları ilə dolu olan sisternlər yanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Partlayışın səbəbi araşdırılır.

Sizin Reklam Yeriniz