Əlaqə Arxiv
news Image
2018.07.23
14:48
| A A A
Ağcabədidə yol qəzasında 4 nəfər xəsarət alıb

 Ağcabədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Movqe.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib. 

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Zərbənin gücündən "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan 3 nəfər sərnişin xəsarət alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Sizin Reklam Yeriniz