Əlaqə Arxiv
news Image
2018.07.23
17:24
| A A A
AVMA Masallıda

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai birliyi " Bakı və regionlarda Valideyn Forumu və valideyn-usaq yay istirahət turlarının təşkili" layihəsi çərçivəsində iki gün ərzində Bakının və regionların orta təhsil müəssisələrini əhatə edən 20 nəfərlik nümayəndə heyətilə Masallı şəhərində yay istirahət turunda olublar. AVMA mərkəzi qərargahının nümayəndələri, Bakının 255, 100, 189-190, 37, 26, Qusar rayonun 2 saylı, İmişli rayonunun Oruclu kənd məktəbləri, Pişəvəri adina lisey və s. təhsil müəssisələrindən olan valideynlər, VMA nümayəndələri, müəllim, məktəb direktorları və şagirdlərin daxil olduğu heyətlə Masallı rayonunun şəfalı yerlərinə, İstisu İstirahət Kompleksinə, Tarix və Diyarşünaslıq muzeyinə, Heydər Əliyev adına Mərkəzə baş çəkildi, rayon İcra hakimiyyətin nümayəndələri ilə görüş oldu. Masallı meşəsində piknik, təhsil iştirakçıları ilə qeyri formal şəraitdə ünsiyyət, təcrübə mubadiləsi, birgə istirahət təşkil olundu. Tədbir təhsil iştirakçıları tərəfindən maraqla qarşılandı və bu layihənin davamlı olması arzulandı. Növbəti yay istirahət turu Qax rayonunda olacaq.

Sizin Reklam Yeriniz