Əlaqə Arxiv
news Image
2018.10.19
16:17
| A A A
Alimlər mobil telefonların görmə qabiliyyətinin itirilməsinə səbəb olduğunu bildirir

ABŞ-ın Toledo Universitetinin alimləri müasir telefonların ekranlarından gələn mavi işığın görmə qabiliyyətinin itirilməsinə səbəb olduğunu bildiriblər.

"Movqe" "İzvestiya"ya istinadən xəbər verir ki, buna proses zamanı gözün torlu qişasının hüceyrələrində olan kimyəvi maddənin - retinalın zəhərli formasının ayrılması səbəb olur.
Alimlərin fikrincə, yaşa dolduqca torlu qişanı qidalandıran damarlarda quruma baş verir. Həmçinin 55 yaşdan yuxarı insanlardakı korluq hallarının, təxminən, yarısı üçün səciyyəvi olan "sarı ləkə"nin degenerasiyası (makuladistrofiya) yaşanır.
Məlum olub ki, mavi, göy və bənövşəyi rənglərdə olan işıq bu pozğunluqları gücləndirir, çünki bu, retinalın bükülmüş formasının formalaşmasına gətirib çıxarır.

Sizin Reklam Yeriniz