news Image
2012.04.30
18:06
| A A A
Gülüş haqqında maraqlı məlumatlar

  Gülüş,təbəssüm bizim həyatımızda olduqca böyük rol oynayır,ürək açıqlığını,emosiyaların saflığını heç nə gülüş kimi aydın təzahür etdirmir.Əlbəttə,biz hiyləgərlərin,xəyanətkarların saxta,yersiz gülüşlərini deyil,insanların səmimi,daxildən gələn dadlı gülüşlərini nəzərdə tuturuq.Doğurdan da ürəkdən gələn gülüş böyük müalicə vasitəsidir,psixik gərginliyin azalmasıdır.Sanki gülüş seli öz qabağındakı bütün çirkinlikləri qovub qırağa tullayır.doğrudanda gülmək insana çox yaraşır. 

Şərq filosoflarından biri yazmışdır:"Yer üzündə insanlıq təbəssümün ilk görünüşü ilə bərabər başlanmışdır.İnsanlardan əvvəl bu qara torpaq üzərində təbəssümdən əsər belə görünməzdi.gülüş ancaq insana məxsusdur.Təbəssüm ruhun sağlamlığı qədər səadətində müjdəçisidir.Beşikdəki uşağın ilk gülüşü başladığı gün ailə səadətinin tamamlandığı gündür.Uşağın ilk tərbiyəçisi anasının təbəssümüdür.Sonralar bir çox göz yaşı axıdan eşqin ilk başlanğıcı da dadlı bir təbəssümdür.Dostlar arasındakı səmimiliyi göstərən da təbəssümdür".Bu fikirlərin çoxu ilə razılaşmamaq olmaz.Həqiqətən çöhrəsini gülüş bəzəyən adamla yaşamaq,işləmək çox asandır,xoşdur.

 Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs