Əlaqə Arxiv
news Image
2018.08.14
13:51
| A A A
İspaniyada sahilboyu platformanın dağılması nəticəsində 300-dən çox insan xəsarət alıb

“O Marisquiño” festivalı çərçivəsində Viqo limanında keçirilən konsert zamanı taxta platformanın dağılması nəticəsində 316 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Movqe.az xəbər verir ki, tamaşaçıların əksəriyyəti kəllə-beyin və sınıq xəsarətləri alıblar. Hadisə reper Relsin çıxışı zamanı baş verib. Taxta döşəmənin uçması nəticəsində konstruksiya dağılıb, onlarca insan yüksəklikdən yıxılıb, bəziləri isə suya düşüblər. Adamlar arasında çaxnaşma yaranıb. Onlar təlaş içində qaçan zaman əşyalarını itiriblər.

Bu hadisədən bir həftə əvvəl Viqo şəhər administrasiyasının müşaviri Elena Munos özünün “Twitter” səhifəsində platformanın pis vəziyyətdə olması, bunun festival iştirakçılarına və tamaşaçılara təhlükə yarada biləcəyi barədə xəbərdarlıq etmişdi.

AZƏRTAC

Sizin Reklam Yeriniz