Əlaqə Arxiv
news Image
2018.08.21
09:23
| A A A
Bakıya küçələri süpürən maşınlar gətirilib

Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kompleks tədbirlər hazırlanıb.

Bakı Şəhər İcra hakimiyyətindən Movqe.az-a verilən məlumata görə, tədbirlərin həyata keçirilməsi ilə əsas magistral yollarda, prospektlərdə zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və hazırda onların təklifləri müzakirə olunur.

Qeyd edilib ki, istənilən halda iş prosesində əl əməyinin qalacağı nəzərə alınaraq onun minimuma endirilməsi üçün tədbirlər həyata keçirilir və küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə təsərrüfat xidmətləri işçilərinin təhlükəsizliyinin təminatı üçün xəbərdaredici nişanlar hazırlanıb və rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə paylanıb.

Eyni zamanda yeni texnikaların alınması ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparılır. Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şırkətinin istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib. Yeni, müxtəlif təyanatlı texnikaların alınması istiqamətində işlər davam edir.

Sizin Reklam Yeriniz